G20-də sədrlik Türkiyəyə dekabr ayının 1-də keçəcək.
"Türkiyə bir il ərzində dünya iqtisadiyyatının başında olacaq. Sədrliyimiz dövründə biz Böyük İyirmilik üzvləri və dünyanın ən az inkişaf edən ölkələri arasında iqtisadi bərabərsizliyə həsr olunan dialoq üçün qapıları açacağıq. Biz kiçik və orta biznes problemlərini, eləcə də real sektorun dünya iqtisadiyyatına təsiri məsələlərini gündəliyə daxil edəcəyik" - deyə, Ə.Davudoğlu bəyan edib.
O əlavə edib ki, Türkiyə BMT adından dünyanın 47 ən az inkişaf edən ölkələrə yardım üçün koordinator rolunda çıxış edəcək. "Biz onlara kömək edəcəyik. Bu ölkələr ehtiyac duyduqları zaman öz problemlərinin həlli üçün bizə müraciət edə bilərlər" - deyə, baş nazir bildirib.