Bakı. 5 iyun. REPORT.AZ/ Hazırda ABŞ-da gizlənən Fətullahçı Terror Təşkilatının (FETO) başçısı Fətullah Gülənə Türkiyə vətəndaşlığından çıxarılması ilə bağlı 3 ay möhlət verilib.
“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin “Resmi gazete” məlumat yayıb.
Türkiyənin Daxili İşlər Nazirliyindən bildiriblər ki, F.Gülən də daxil olmaqla barələrində axtarış elan edilən və ölkədən qaçan 130 nəfər ölkəyə dönməsələr vətəndaşlıqdan çıxarılacaqlar.
Məlumata görə, 130 günlük möhlət bu gündən başlayır.
Qeyd edək ki, Türkiyənin Ədliyyə Nazirliyi müxtəlif cinayətlərdə şübhəli bilinən və xarici dövlətlərdə gizlənən şəxslərin ölkəyə qayıtmaları ilə bağlı çağırış edib.
Bu, Türkiyə Cinayət Məcəlləsinin dövlətin birliyini və ölkənin bütövlüyünü pozmaq, konstitusiyanı pozmaq, prezidentə qarşı sui-qəsd və əməli hücum etmək, qanunverici orqana qarşı cinayət törətmək, hökumətə qarşı cinayət törətmək, Türkiyə Respublikası hökumətinə qarşı silahlı qiyam, silahlı qruplaşmada iştirak etmək və qanunsuz silah saxlamaq maddələri ilə ittiham olunanlara şamil ediləcək.