Türkiyə "F-16"ları İŞİD-in hədəflərini məhv edib

Türkiyə "F-16"ları İŞİD-in hədəflərini məhv edib Əməliyyata "Şəhid Yalçın" adı verilib
Digər ölkələr
24 İyul , 2015 10:47
Türkiyə F-16ları İŞİD-in hədəflərini məhv edib

Bakı. 24 iyul. REPORT.AZ/ Türkiyənin Diyarbəkirdən havaya qalxan döyüş təyyarələri Kilis ətrafında olan İŞİD hədəflərini atəşə tutub. Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.

Əməliyyata "Şəhid Yalçın" adı verilib. Suriya hava sahəsinə girmədən İŞİD-in 2 qərargahı və 1 toplanış məntəqəsi məhv edilib.

İŞİD terror qrupuna qarşı bu cür əməliyyatın keçirilməsi barədə qərarı dünən Türkiyənin baş naziri Əhməd Davudoğlu verib.

Məlumatda o da bildirilir ki, yerli vaxtla saat 03.12-də Diyarbəkirdəki hərbi aerodromdan havaya qalxan 3 ədəd "F-16" təyyarəsi saat 03.40 – 03.53 arasında Suriyada İŞİD-ə aid 3 hədəfi bombalayıb. Həmçinin hərbi təyyarələr tərəfindən Suriya ərazisində daha əvvəl müəyyənləşdirilmiş hədəflərə İŞİD-in 2 qərargahı və 1 toplanış məntəqəsinə lazer tuşlayıcısı olan 4 raket atılıb. Təyyarələr 04.24-də hərbi bazalarına qayıdıb.

Əməliyyatla bağlı hökumətin rəsmi açıqlamasında isə bildirilir ki, milli təhlükəsizliyi qorumaq üçün lazımi tədbirlər görülməkdə davam edəcək. 

Son xəbərlər

Orphus sistemi