Yuxarı
    Bağlamaq

    Türkiyə Ər-Riyad və ya İstanbulda Yəmənlə bağlı görüş keçirməyi təklif edib

    Türkiyə vəziyyətin həllinə dair səylərini davam etdirmək niyyətindədir

    Bakı. 15 aprel. REPORT.AZ/ Türkiyə Ər-Riyad və ya İstanbulda Yəməndəki münaqişə tərəfləri arasında görüş keçirməyi təklif edib. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Türkiyə parlamentinin spikeri Cəmil Çiçək Moskvada keçirilən mətbuat konfransında bildirib. 

    "Görünür ki, husilər zəbt olunmuş ərazilərini azad etməli və öz qüvvələrini geri çəkməlidir. Türkiyə tərəflərin Ər-Riyad və ya İstanbulda görüşünün təşkil olunmasını təklif edir", - C.Çiçək qeyd edib. 

    "Türkiyə Yəməndəki münaqişəni həll etmək üçün bütün tərəfləri qəbul etməyə hazırdır və buna qədər nümayiş etdirdiyi  vəziyyətin həllinə dair bütün səylərini davam etdirmək niyyətindədir", - o bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi