​Türkiyə Egey dənizindəki adadan 57 nəfəri xilas edib

​Türkiyə Egey dənizindəki adadan 57 nəfəri xilas edib 3 xəstə uşaq və 9 yaşlı şəxs vertolyotla təxliyə edilib
Digər ölkələr
3 Yanvar , 2016 18:46
​Türkiyə Egey dənizindəki adadan 57 nəfəri xilas edib

Bakı. 3 yanvar. REPORT.AZ/ Türkiyənin Sahil Mühafizə Xidməti Egey dənizində, ölkənin qərb sahilində yerləşən adadan 57 qeyri-leqal miqrantı xilas edib.

"Report" "Daily Sabah" qəzetinə istinadən xəbər verir ki, miqrantları daşıyan gəmi İzmir əyalətinin Dikili şəhəri yaxınlığında yerləşən adada saya oturub.

Üç xəstə uşaq və 9 yaşlı şəxs vertolyotla, qalanları isə balıqçı gəmiləri ilə təxliyə edilib. Çünki xidmətin gəmiləri sahili qayalıq olan adaya yaxınlaşa bilməyib.

Qəzetin məlumatına görə, miqrantlar Yunanıstana gedirlərmiş.

Son xəbərlər

Orphus sistemi