Türkiyə Əfqanıstandakı səfirlik əməkdaşlarını təxliyə edib

Türkiyə Əfqanıstandakı səfirlik əməkdaşlarını təxliyə edib Türkiyə Əfqanıstandakı səfirliyinin əməkdaşlarını Türkiyə hərbçilərinin dislokasiya olunduğu Kabil hava limanı bölgəsinə köçürüb.
Digər ölkələr
27 avqust 2021 08:33
Türkiyə Əfqanıstandakı səfirlik əməkdaşlarını təxliyə edib
Rəcəb Tayyib Ərdoğan

"Türkiyə Əfqanıstandakı səfirliyinin əməkdaşlarını hərbçilərinin dislokasiya olunduğu Kabil hava limanı bölgəsinə köçürüb".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Səfirlik əməkdaşlarımızı hərbçilərimizin hava limanı rayonundakı dislokasiya məntəqəsinə köçürmüşük. Orada “Taliban” nümayəndələri ilə 3 saat yarımlıq danışıqlar aparılıb. Ehtiyac olsa, bu əlaqələr gələcəkdə də davam etdiriləcək”, - R.T.Ərdoğan deyib.

Son xəbərlər

Orphus sistemi