Türkiyə DİN: Kayseridəki terror aktı ilə əlaqədar 7 nəfər saxlanılıb

Türkiyə DİN: Kayseridəki terror aktı ilə əlaqədar 7 nəfər saxlanılıb Terror aktında iştirakda şübhəli bilinən daha 5 nəfər barəsində axtarış elan olunub
Digər ölkələr
17 Dekabr , 2016 17:43
Türkiyə DİN: Kayseridəki terror aktı ilə əlaqədar 7 nəfər saxlanılıb

Bakı. 17 dekabr. REPORT.AZ/ "Kayseri şəhərində törədilmiş terror aktı ilə əlaqədar 7 nəfər saxlanılıb".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib . 

Onun sözlərinə görə, terror aktında iştirakda şübhəli bilinən daha 5 nəfər barəsində axtarış elan olunub.

Qeyd edək ki, bu gün səhər saatlarında Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 13 hərbçi həlak olub, 55-i yaralanıb. Ölkənin baş naziri Binəli Yıldırım Kayseri şəhərindəki terror aktını terrorçu-kamikadzenin törətdiyini bildirib.  

Son xəbərlər

Orphus sistemi