​Türkiyə BMT Təhlükəsizlik Şurasına yazılı məlumat verib

​Türkiyə BMT Təhlükəsizlik Şurasına yazılı məlumat verib Rəsmi Ankara BMT baş katibi və Təhlükəsizlik Şurasının 5 daimi üzvünə müraciət edib
Digər ölkələr
24 Noyabr , 2015 20:36
​Türkiyə BMT Təhlükəsizlik Şurasına yazılı məlumat verib

Bakı. 24 noyabr. REPORT.AZ/ Türkiyə hakimiyyəti BMT baş katibi Pan Gi Muna və Təhlükəsizlik Şurasının 5 daimi üzv olan ölkələrin hökumətlərinə müraciət edərək Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsi ilə bağlı yazılı surətdə məlumat verib.

"Report"un verdiyi xəbərə görə, bu barədə "Reuters" Türkiyənin diplomatik mənbələrinə istinadən xəbər verir.

Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsi Suriyaya məxsus Latakiya ərazisində Türkiyə ilə sərhəddən 1 km aralıda türk təyyarəsi tərəfindən vurulub. Bundan öncə Türkiyə tərəfi dəfələrlə Rusiyaya müraciət edərək Suriyaya qarşı aparılan hərbi əməliyyatlar zamanı hava məkanının pozulduğunu bildirmişdi. Rusiya tərəfi isə israr edir ki, qırıcı Türkiyənin hava məkanını pozmayıb. 

Son xəbərlər

Orphus sistemi