Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq Türkiyə hökuməti Avropaya dəniz və ya quru yolla getmək istəyən suriyalı qaçqınlara maneçilik törədilməməsi barədə qərar qəbul edib.
Digər ölkələr
593
28 Fevral , 2020 02:29
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

Türkiyə hökuməti Avropaya dəniz və ya quru yolla getmək istəyən suriyalı qaçqınlara maneçilik törədilməməsi barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” Türkiyə rəsmisinə istinadən məlumat verib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Türkiyə polisinə, sahil mühafizəsinə və sərhəd keçidlərində işləyən əməkdaşlara Suriyadan qaçqın axını vəziyyətində maneçilik yaratmamaq barədə tapşırıq verilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Avropaya getmək istəyən qaçqınlar üçün ölkə sərhədlərini açacağı ilə bağlı bəyanat vermişdi. 

Buna səbəb isə Qərbin ikili standartlardan çıxış etməsi və Türkiyəyə gələn suriyalı qaçqınlara köməklik göstərməklə bağlı verdiyi vədi yerinə yetirməməsidir. 

Son xəbərlər

Orphus sistemi