Türkiyə ABŞ vətəndaşlarına vizaların verilməsini dayandırıb

Türkiyə ABŞ vətəndaşlarına vizaların verilməsini dayandırıb Türkiyə ABŞ hökumətinin qərarına cavab verib
Digər ölkələr
9 Oktyabr , 2017 01:28
Türkiyə ABŞ vətəndaşlarına vizaların verilməsini dayandırıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Türkiyə ABŞ hökumətinin bu ölkənin vətəndaşlarına viza verilməsini dayandırmaq qərarına cavab verib.

"Report"un məlumatına görə, bununla bağlı bəyanat Türkiyənin Vaşinqtondakı səfirliyinin "Twitter"ində yayılıb.

Qeyd olunur ki, Türkiyə hökuməti ABŞ-ın bu ölkədəki bütün diplomatik missiyalarında qeyri-immiqrant viza məsələsini dayandırmaq qərarına cavab olaraq Türkiyə ərazisindəki bütün diplomatik missiyalarda vizaların verilməsini dayandırıb. Bildirilir ki, səfirliyik və konsulluqlar vizaların verilməsi üzrə işi dayandırıb.

Qeyd edək ki, dünən Birləşmiş Ştatların İstanbuldakı konsullluğunun əməkdaşı Metin Topuzun həbsinə cavab olaraq ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Qərarın nə vaxta qədər qüvvədə qalacağı məlum deyil. 

Son xəbərlər

Orphus sistemi