Yuxarı
    Bağlamaq

    Türkiyə ABŞ-da yaşayan və bu ölkəyə səyahət edən vətəndaşlarına xəbərdarlıq edib

    Etirazçıların sosial şəbəkələrdə paylaşdığı məlumatlara əsasən aksiyaların hələ bir müddət davam edəcəyi göstərilir

    Bakı. 12 noyabr. REPORT.AZ/ Türkiyə xarici işlər nazirliyi ABŞ-da yaşayan və bu ölkəyə səyahət edən vətəndaşlarına xəbərdarlıq edib. “Report” “Haberturk”ə istinadən xəbər verir ki, vətəndaşlarına olan müraciət ABŞ-da keçirilən seçkilərdən sonra baş verən aksiyalarla bağlıdır.

    “ABŞ-da noyabrın 8-də keçirilən seçkiərdən sonra Nyu York, Çikaqo, Filadelfiya, Mayami, Los Angeles, Siettl, Oakland və Portland və digər ştatlarda müxtəlif aksiyalar təşkil olunur. Aksiyalar zamanı bəzən güc və şiddət tətbiq olunur. Son olaraq 12 noyabrda etiraz aksiyalarında bir nəfərin yaralandığı bildirilir”, - Türkiyə XİN-in məlumatında bildirilir.

    Xəbərdarlıqda qeyd olunur ki, etirazçıların sosial şəbəkələrdə paylaşdığı məlumatlara əsasən aksiyaların hələ bir müddət davam edəcəyi göstərilir.

    Türkiyə XİN-i hər hansı təhlükə ilə üzləşən vətəndaşlarını ölkənin konsulluqlarına müraciət etməyə çağırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi