Turkish Airlines şirkətinə məxsus təyyarə Nürnberqdə təcili eniş edib

Turkish Airlines şirkətinə məxsus təyyarə Nürnberqdə təcili eniş edib Havaya qalxdıqdan sonra təyyarənin komandiri pilotlar kabinəsinin şüşəsində çat yarandığını görüb
Digər ölkələr
8 Aprel , 2015 16:23
Turkish Airlines şirkətinə məxsus təyyarə Nürnberqdə təcili eniş edib

Bakı. 8 aprel. REPORT.AZ/ Düsseldorfdan İstanbula uçan Turkish Airlines aviaşirkətinə məxsus А321 təyyarəsi pilotlar kabinəsinin şüşəsində əmələ gələn çat səbəbindən Nürnberqdə təcili eniş edib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı bəyanatda deyilir. 

"Havaya qalxdıqdan sonra təyyarənin komandiri pilotlar kabinəsində sol şüşədə çatın yarandığını görüb və qəza enişi haqqında qərar qəbul edib. Təyyarə Düsseldorf hava limanına uğurlu eniş enib", - bəyanatda qeyd olunub.

Bəyanata əsasən, şüşə dəyişdiriləcək və sərnişinlər bu axşam digər aviareyslə İstanbula uçacaq. 

Son xəbərlər

Orphus sistemi