Türkiyə hərbi aviasiyası Suriyada 25 PKK və PYD terrorçusunu məhv edib

Türkiyə hərbi aviasiyası Suriyada 25 PKK və PYD terrorçusunu məhv edib Türkiyə qırıcıları terrorçuların gizləndikləri 5 binanı bombalayıb
Digər ölkələr
28 Avqust , 2016 15:00
Türkiyə hərbi aviasiyası Suriyada 25 PKK və PYD terrorçusunu məhv edib

Bakı. 28 avqust. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Aviasiyasının Suriyanın şimalında yerləşən Cerablus şəhərində keçirdiyi əməliyyat zamanı PKK və onun Suriya qolu PYD-nin onlarla silahlısı məhv edilib

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb. 

Məlumata görə, Türkiyə qırıcıları terrorçuların gizləndikləri 5 binanı bombalayıb.

Hava zərbələri nəticəsində PKK və PYD-nin 25 üzvü öldürülüb. 

Son xəbərlər

Orphus sistemi