Yuxarı
    Bağlamaq

    Bağdadda ​türk işçiləri qaçırmaqda şübhəli bilinən qrupla hərbçilər arasında atışma olub

    Atışma nəticəsində 1 əsgər həlak olub, 3-ü yaralanıb

    Bakı. 4 sentyabr. REPORT.AZ/ Türkiyə vətəndaşlarının qaçırılmasında şübhəli bilinən qrupla İraq təhlükəsizlik qüvvələri arasında Bağdadda baş verən atışma nəticəsində 1 əsgər ölüb, 3-ü yaralanıb.

    "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu haqda Bağdad Əməliyyatlar Komandanlığı məlumat yayıb. 

    Məlumata görə, türkiyəli işçiləri qaçırmaqda şübhəli bilinən qrupun üzvlərindən birinin paytaxtın Fələstin prospektində olduğu haqda xəbərin ardınca ərazidə təhlükəsizlik qüvvələri əməliyyat keçirib. Atışma nəticəsində 1 əsgər həlak olub, 3-ü yaralanıb.

    Təhlükəsizlik qüvvələrinin açıqlamasında vurğulanıb ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə davam edəcək, onların İraq vətəndaşlarına və ölkə iqtisadiyyatına zərər vurmasına imkan verilməyəcək.

    Xəbərə görə, İraqın Daxili İşlər Nazirliyi bildirib ki, türkiyəli işçiləri qaçıranlarla bağlı müəyyən məlumat əldə edilib və buna əsasən həmin qrupu tutacaqlar.

    Xatırladaq ki, iki gün öncə Bağdadın şərqində silahlı və maskalı şəxslər Türkiyə şirkətində işləyən 18 fəhlə və mühəndisi qaçırıblar. Onlar Bağdadın Sədr rayonunda idman kompleksi tikirmiş.

    Qeyd edək ki, ötən il İraqın Mosul şəhərində İŞİD Türkiyənin 46 vətəndaşını qaçırmışdı. Onların azad edilməsi prosesi 3 ay sürdü.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi