Bakı. 7 iyul. REPORT.AZ/ Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi partlayış təhlükəsi ilə əlaqədar Yeni Dehlidə təcili eniş edib. "Report" TASS-a istinadən xəbər verir ki, sərnişin layneri Bangkok-İstanbul reysini həyata keçirirdi. Bu zaman təyyarə bələdçiləri təyyarənin ayaqyolununun güzgüsündə dodaq boyası ilə yazılan yazı aşkarlayıblar və\ həmin yazıda təyyarədə partlayıcı qurğunun olması qeyd olunub.
A330 Airbusu bütün 148 sərnişini və baqajla birgə hava limanının kənarındakı təhlükəsiz əraziyə aparılaraq, orada yoxlanış keçirilməsinə başlanılıb. Yoxlama başa çatdıqdan sonra uçuşun davam etdirilməsi barədə qərar qəbul olunacaq.