Tunisin səhiyyə naziri xeyriyyə marafonu zamanı vəfat edib

Tunisin səhiyyə naziri xeyriyyə marafonu zamanı vəfat edib Məqsədi uşaqlar üçün onkoloji mərkəzin tikintisinə vəsait toplamaq olan qaçış Nabul şəhərində baş tutmalı idi
Digər ölkələr
9 Oktyabr , 2017 16:57
Tunisin səhiyyə naziri xeyriyyə marafonu zamanı vəfat edib
AFP

Bakı. 9 oktyabr. REPORT.AZ/ Tunisin səhiyyə naziri Slim Çaker xeyriyyə marafonu zamanı infarkt keçirərək vəfat edib. 

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Məqsədi uşaqlar üçün onkoloji mərkəzin tikintisinə vəsait toplamaq olan qaçış ölkənin şimal-şərqində yerləşən Nabul kurort şəhərində baş tutmalı idi.

56 yaşlı S.Çaker, təxminən, 500 metr məsafə qaçdıqdan sonra özünü pis hiss etməyə başlayıb. Naziri təcili surətdə hərbi hospitala gömdərsələr də, o, elə xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, keçmiş bankir olan S.Çaker 2017-ci ilin avqust ayında Tunisin səhiyyə naziri təyin edilmışdi.

Son xəbərlər

Orphus sistemi