Tunisin cənubundakı Matmata şəhərində bir turist avtobusunun qəzaya düşməsi səbəbindən azı beş nəfər ölüb, 10-u isə yaralanıb.
"Report" xəbər verir ki, bu barədə yerli "Mosaique" radiosu məlumat yayıb.
Bildirilib ki, avtobus uşaqları ekskursiyaya aparırmış. Avtobusun içərisində Medenin və Tatavin şəhərlərindən 28 nəfər olub.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, sürücü idarəetməni itirib və avtobus dərəyə yuvarlanıb.
Hadisə yerində xilasetmə işləri aparılır.