Bakı. 8 iyul. REPORT.AZ/ Tunisin Əlcəzair ilə sərhədində terrorçuların hücumu zamanı 9 yerli polis əməkdaşı həyatını itirib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, terrorçular Əl-Faica və Saray rayonları yaxınlığından keçən avtomobil yolunda təhlükəsizlik xidməti əməkdaşlarına pusqu qurublar.
Hücumun təfərruatları məlum deyil.