Bakı. 21 mart. REPORT.AZ/ Tunis rəsmilərinin bildirdiyinə görə, 23 nəfərin ölümünə səbəb olan muzeyə qarşı hücumla bağlı 10 nəfər nəzarət altına alınıb. "Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, İraq və Suriyada yerləşən İslam Dövləti qrupu Bardo müzeyinə qarşı hücumun məsuliyyətini üzərinə götürüb.
Səhiyyə Nazirliyinin bildirdiyinə görə, ölənlər arasında 4 italyan, 3 yapon, 3 fransız, 2 ispan və 1 kolumbiyalı olduğunu bildirib.
Qurbanlar arasında Britaniya, Polşa və Belçika vətəndaşları da var. Daha 3 adamın kimliyi müəyyən edilməyib.