Yuxarı

Tunisdə muzeyə hücumla bağlı izdihamlı yürüş keçirilib

Yürüş zamanı “Tunis azaddır! Terrorçuluq rədd olsun!” şüarları səsləndirilib

Bakı. 29 mart. REPORT.AZ/ Terorçuluq əleyhinə izdihamlı aksiyadan əvvəl hakimiyyət Bardo müzeyinə hücum təşkilatçılarından birinin qətlə yetirildiyini elan edib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bazar günü minlərlə adamın iştirakı ilə keçən yürüşdə “Tunis azaddır! Terrorçuluq rədd olsun!” şüarları səsləndirilib.

Tədbirlə bağlı keçən xatirə mərasiminə Fransa prezidenti Francois Hollande da daxil olmaqla bir sıra xarici liderlərlər qatılıb.

Martın 18-də Tunisdəki Bardo müzeyinə silahlıların hücumu nəticəsində 21 əcnəbi turist və bir tunisli öldürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi