Tunisdə muzeyə hücum nəticəsində ölənlərin sayı 22-yə çatıb

Tunisdə muzeyə hücum nəticəsində ölənlərin sayı 22-yə çatıb Hadisə zamanı ən azı 50 nəfər yaralanıb
Digər ölkələr
18 Mart , 2015 21:02
Tunisdə muzeyə hücum nəticəsində ölənlərin sayı 22-yə çatıb

Bakı. 18 mart. REPORT.AZ/ Tunisin paytaxtında naməlum şəxslərin "Bardo" muzeyinə hücumu nəticəsində ölənlərin sayı 22-yə çatıb. 

"Report"-un TASS-a istinadən verdiyi məlumata görə, ölənlər arasında Polşa, İtaliya, İspaniya və Almaniya vətəndaşları var.

Hadisə zamanı ən azı 50 nəfər yaralanıb. Girovların azad edilməsi üzrə əməliyyatın başa çatdığı bildirilir. Əməliyyat zamanı 1 polis əməkdaşı ölüb, 2 silahlı məhv edilib.

Daha 3 nəfərin axtarışı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi