Yuxarı

​Tunisdə İŞİD-lə əlaqəsi olan 8 nəfər həbs edilib

Onlar İŞİD-i maddi-texniki baxımdan təchiz ediblər

Bakı. 26 may. REPORT.AZ/ Tunisin təhlükəsizlik qüvvələri Sfaks şəhərində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 8 nəfəri həbs edib. 

"Report" xəbər verir ki, bu haqda ölkənin "Cafara FM" radiostansiyası təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin radiostansiyaya verdiyi xəbərə görə, təhlükəsizlik qüvvələrinin Əl-Bəhri şəhərindəki evlərdən birindəki əməliyyat zamanı terror təşkilatının yerli özəklərindən birinin rəhbəri həbs edilib.

Qrupun digər 7 üzvü isə Xacəb şəhərindəki evlərində həbs ediliblər. İlkin araşdırmaların nəticələri göstərib ki, onlar İŞİD-i maddi-texniki baxımdan təchiz ediblər.

Hazırda ölkənin bir çox regionlarında antiterror əməliyyatları həyata keçirilir. Ölkənin bütün ərazilərində fövqəladə vəziyyət rejimi hökm sürür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi