Tunisdə İŞİD-ə muzdlu əsgər toplayan 154 şəxs həbs edilib

Tunisdə İŞİD-ə muzdlu əsgər toplayan 154 şəxs həbs edilib Daha 800 tunisli Suriyada döyüşlərdə iştiraka görə məsuliyyətə cəlb olunub
Digər ölkələr
5 May , 2015 20:51
Tunisdə İŞİD-ə muzdlu əsgər toplayan 154 şəxs həbs edilib

Bakı. 5 May. REPORT.AZ/ Tunisdə son üç ay ərzində İŞİD terrorçu qruplaşması üçün muzdlu əsgər toplamaqda şübhəli bilinən 154 şəxs həbs olunub.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Tunisin daxili işlər naziri Nacem Qarsali bildirib ki, ölkəsinin yerləşdiyi regionda terror təhlükəsi hələ də hiss olunur.

"Terrorçulara qarşı bütün gücümüzü səfərbər etmişik", - deyən nazir artıq 800 şəxsin Suriyada döyüşlərdə iştiraka görə məsuliyyətə cəlb edildiyini xatırladıb.

Son xəbərlər

Orphus sistemi