Tunisdə bütün səlahiyyətlərin prezidentə verilməsi müddəti uzadılıb

Tunisdə bütün səlahiyyətlərin prezidentə verilməsi müddəti uzadılıb Tunis Prezidenti Kays Səid bütün səlahiyyətlərin öz əlində cəmlənməsi barədə qərarın müddətini uzadıb.
Digər ölkələr
25 Avqust , 2021 12:28
Tunisdə bütün səlahiyyətlərin prezidentə verilməsi müddəti uzadılıb
Kays Səid

Tunis Prezidenti Kays Səid bütün səlahiyyətlərin öz əlində cəmlənməsi barədə qərarın müddətini uzadıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, o, ictimaiyyətə bununla bağlı videomüraciət edib.

“Fövqəladə tədbirlərin müddəti Tunisi gözləyən təhlükələrin hələ də mövcud olması səbəbindən uzadılıb və hələ də qüvvədədir. Ölkədəki bütün siyasi təşkilatlar və onların iş mexanizmləri dövlətə qarşı təhlükə kəsb edir. Xalqa bütün adları və zərurətləri açıqlayacağım gün gələcək”, - Tunis Prezidenti qeyd edib.

O, Tunisin keçmiş hökumətlərini son on ildə alınmış yardımları İsveçrəyə axıtmaqda ittiham edib.

“Kiminlə ümummilli dialoq? Keçmişə qayıtmağa imkan yoxdur”, - K.Səid əlavə edib.

Son xəbərlər

Orphus sistemi