Yuxarı
    Bağlamaq

    ​Tunisdə avtobusun partladılmasından sonra fövqəladə vəziyyət elan olunub

    Ölkə başçısının qərarına görə, o, 30 gün qüvvədə olacaq

    Bakı. 25 noyabr. REPORT.AZ/ Tunisdə avtobusda törədilən terror aktından sonra fövqəladə vəziyyət rejimi tətbiq olunub.

    "Report" xəbər verir ki, ölkə başçısının qərarına əsasən, o, 30 gün qüvvədə qalacaq.

    Bundan əlavə, Tunisdə indi komendant saatı da fəaliyyət göstərir.

    Ölkənin eyniadlı paytaxtında naməlum şəxslər prezidentin mühafizəçisinin də olduğu avtobusu partladıblar. Son məlumatlara görə, hadisə nəticəsində 12 nəfər ölüb, 17 nəfər yaralanıb. Partlayışı kamikadze törədib. O, avtobusa yaxınlaşaraq özünü partladıb.

    Tunis prezidenti hadisə ilə əlaqədar olaraq 25-26 noyabr tarixlərində İsveçrəyə nəzərdə tutulan səfərini təxirə salıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi