Yuxarı

Tunisdə 400-dən çox nümayişçi həbs olunub

Saxlanılanlar əsasən xuliqanlıq, soyğunçuluq və komendant saatı rejimini pozmaqda ittiham olunurlar

Bakı. 24 yanvar. REPORT.AZ/ Tunisin Daxili İşlər Nazirliyi (DİN) ölkədə iğtişaşlar zamanı 423 nəfərin saxlandığı barədə məlumat yayıb.

“Report” “Ticinonews” nəşrinə istinadən xəbər verir ki, DİN-in mətbuat katibi Valid Luqininin sözlərinə görə, saxlanılanlar əsasən xuliqanlıq, soyğunçuluq və komendant saatı rejimini pozmaqda ittiham olunurlar.

Etiraz aksiyaları Tunisin bir sıra şəhərlərində keçirilib. Bəzi hallarda polislə toqquşmalar da qeydə alınıb.

İki gün əvvəl ölkənin Kasserin şəhərində bir işsizin intihar etməsindən sonra yüzlərlə işsiz hökumət binaları qarşısına toplaşıb. Belə ki, yerli hakimiyyət orqanı intihar edən şəxsi ictimai vəzifələrdən birinə işə götürməkdən imtina edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi