Tunisdə 1 200-dən çox nümayişçi saxlanılıb

Tunisdə 1 200-dən çox nümayişçi saxlanılıb Son bir həftə ərzində Tunisin hüquq-mühafizə orqanlarının əməkdaşları respublikanın müxtəlif bölgələrində keçirilən etiraz aksiyalarında iştirak edən 1 200-dən çox nümayişçini saxlayıb.
Digər ölkələr
26 Yanvar , 2021 04:28
Tunisdə 1 200-dən çox nümayişçi saxlanılıb

Son bir həftə ərzində Tunisin hüquq-mühafizə orqanlarının əməkdaşları respublikanın müxtəlif bölgələrində keçirilən etiraz aksiyalarında iştirak edən 1 200-dən çox nümayişçini saxlayıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Tunis İnsan Hüquqları Liqasının sədr müavini Bassem Trifi bəyan edib.

Onun sözlərinə görə, saxlanılanların 30 faizi yetkinlik yaşına çatmayan şəxslərdir.

“Həbs olunan insanların əksəriyyəti dinc etiraz aksiyalarında iştirak edənlərdir. Quldurluq və vandalizmlə məşğul olanlardan yalnız bir neçəsi saxlanılıb”.

Son xəbərlər

Orphus sistemi