Tunis sahillərində miqrantları daşıyan qayıq qəzaya uğrayıb, azı 10 nəfər ölüb

Tunis sahillərində miqrantları daşıyan qayıq qəzaya uğrayıb, azı 10 nəfər ölüb Tunis sahillərində qanunsuz miqrantların olduğu qayığın qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb.
Digər ölkələr
26 Mart , 2023 17:34
Tunis sahillərində miqrantları daşıyan qayıq qəzaya uğrayıb, azı 10 nəfər ölüb

Tunis sahillərində qanunsuz miqrantların olduğu qayığın qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidməti məlumat yayıb.

Hadisə Tunisin şərq hissəsində yerləşən Mehdiyə sahillərində baş verib.

Bu, son bir neçə saat ərzində Tunis sahillərində baş verən ikinci qayıq qəzasıdır. Ümumilikdə qeyri-qanuni miqrantların olduğu iki qayığın qəzaya uğraması nəticəsində azı 29 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi