Tunis prezidenti ölkədə fövqəladə vəziyyət elan edib

Tunis prezidenti ölkədə fövqəladə vəziyyət elan edib Dünən naməlum şəxslər prezident mühafizəsinin avtobusunu partladıb, 12 nəfər ölüb
Digər ölkələr
25 Noyabr , 2015 13:29
Tunis prezidenti ölkədə fövqəladə vəziyyət elan edib

Bakı. 25 noyabr. REPORT.AZ/ Tunis prezidenti Beci Kaid Essebsi ölkədə fövqəladə vəziyyəti, paytaxt Tunisdə isə komendant saatı elan edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, komendant saatı dünən naməlum şəxslərin prezident mühafizəsinin avtobusunu partlatmasından sonra elan edilib. Bu hadisə zamanı azı 12 nəfər ölüb.

Ölkəsinin terrorizmə qarşı müharibə şəraitində olduğunu bəyan edən Tunis prezidenti dünya ictimaiyyətini ekstremizmə qarşı mübarizədə əməkdaşlığa çağırıb.

Qeyd olunur ki, hücum zamanı Essebsi avtobusda olmayıb.

Xatırladaq ki, Tunisin eyniadlı paytaxtında noyabrın 24-də naməlum şəxslər prezident mühafizəsinin avtobusunu partladıb, azı 12 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi