Tunis İsrail ilə münasibətləri normallaşdırmaq istəmir

Tunis İsrail ilə münasibətləri normallaşdırmaq istəmir Tunis xarici işlər nazirliyi İsrail ilə hər hansı diplomatik əlaqələr qurmaq ehtimalını rədd edib.
Digər ölkələr
258
23 Dekabr , 2020 04:31
Tunis İsrail ilə münasibətləri normallaşdırmaq istəmir

Tunis xarici işlər nazirliyi İsrail ilə hər hansı diplomatik əlaqələr qurmaq ehtimalını rədd edib.

“Report”un məlumatına görə, bu barədə nazirliyin yaydığı bəyanatda qeyd olunub.

XİN-dən bildirilib ki, bu mövzuda bəzi KİV-lərdə yayılan məlumatlar əsassızdır. Rəsmi açıqlamada Tunisin Fələstin dövlətinin müstəqilliyini tanımadan bölgədə davamlı və bərabər sülhün bərqərar olamayacağı mövqeyinə sadiq qalmağa davam edəcəyi vurğulanır.

Qeyd edək ki, “New York Times” qəzetində Tunis və Omanın İsrail ilə münasibətləri yaxşılaşdıracaq növbəti ölkələr olacağına dair yayımlanan məqalə Tunis cəmiyyəti arasında qızğın mübahisələrə səbəb olub.

Son xəbərlər

Orphus sistemi