Tunis əcnəbi turistlər üçün məhdudiyyətləri sərtləşdirir

Tunis əcnəbi turistlər üçün məhdudiyyətləri sərtləşdirir Tunis hökuməti ölkəyə gələn əcnəbi turistləri icbari karantinə göndərməyə qərar verib
Digər ölkələr
29 Yanvar , 2021 15:50
Tunis əcnəbi turistlər üçün məhdudiyyətləri sərtləşdirir

Tunis hökuməti ölkəyə gələn əcnəbi turistləri icbari karantinə göndərməyə qərar verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Belə ki, 1 fevral 2021-ci il tarixdən etibarən bütün səyahətçilər ölkəyə gəlməzdən əvvəl ən uzağı 72 saat əvvəl verilmiş koronavirus üçün mənfi PZR testi təqdim etməlidirlər. Həmçinin ölkəyə səfərə gələnlər müşahidə-hotellərindən birində öz hesablarına yeddi günlük karantinə salınacaqlar.

Özünütəcriddən sonra onlar COVID-19 ilə bağlı növbəti ödənişli test verəcəklər. Bu test mənfi nəticələnərsə, istirahət edənlər xüsusi hoteldən çıxa biləcəklər.

Tunisdə təxminən 200 min koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 6 min nəfər COVID-19 qurbanı olub.

Son xəbərlər

Orphus sistemi