​Tunis boğazında 2 minə yaxın miqrant xilas edilib

​Tunis boğazında 2 minə yaxın miqrant xilas edilib Məcburi köçkünlərə İtaliyanın Mühafizə Xidməti köməyə gəlib
Digər ölkələr
12 Aprel , 2016 00:43
​Tunis boğazında 2 minə yaxın miqrant xilas edilib

Bakı. 12 aprel. REPORT.AZ/ İtaliyanın Mühafizə Xidməti Tunis boğazında 1800-dən çox miqrantı xilas edib.

"Report" xəbər verir ki, bu barədə Xidmətin bəyanatına istinadən "Frans Press" məlumat yayıb.

Agentliyin məlumatına görə, həyata keçirilən 8 əməliyyatda Mühafizə Xidməti ilə yanaşı İtaliya və Avropa İttifaqı hərbi dəniz qüvvələrinin gəmiləri də iştirak ediblər.

Xilas edilən şəxslərin vətəndaşlığı barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi