Trüdo Qəzzada münaqişənin sona çatması prosesi ilə bağlı işə başlandığını açıqlayıb

Trüdo Qəzzada münaqişənin sona çatması prosesi ilə bağlı işə başlandığını açıqlayıb Kanada və müttəfiqləri Fələstinin tanınması ilə iki dövlətin dinc birgəyaşayışı əsasında İsrail-Fələstin münaqişəsinə son qoymaq üçün prosesə başlamağa səy göstərirlər.
Digər ölkələr
30 May , 2024 04:24
Trüdo Qəzzada münaqişənin sona çatması prosesi ilə bağlı işə başlandığını açıqlayıb

Kanada və müttəfiqləri Fələstinin tanınması ilə iki dövlətin dinc birgəyaşayışı əsasında İsrail-Fələstin münaqişəsinə son qoymaq üçün prosesə başlamağa səy göstərirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo parlamentdə çıxışı zamanı deyib.

“Biz regiondakı tərəfdaşlarımız, müttəfiqlərimiz və dostlarımızla təhlükəsiz və tanınmış Fələstin dövləti ilə iki dövlətli [dinc birgəyaşayış] prinsipi əsasında prosesə başlamaq üçün işləyirik”, – o deyib.

Trüdo həmçinin anklav ərazisinə daxil olan humanitar yardımın həcmini əhəmiyyətli dərəcədə artırmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi