Trüdo: ABŞ Kanadaya qarşı rüsumların tətbiqini 30 gün müddətinə dayandırır

Trüdo: ABŞ Kanadaya qarşı rüsumların tətbiqini 30 gün müddətinə dayandırır ABŞ Kanadaya qarşı rüsumların tətbiqini 30 gün müddətinə dayandıracaq.
Digər ölkələr
4 Fevral , 2025 02:34
Trüdo: ABŞ Kanadaya qarşı rüsumların tətbiqini 30 gün müddətinə dayandırır

ABŞ Kanadaya qarşı rüsumların tətbiqini 30 gün müddətinə dayandıracaq.

"Report" xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo "X"də yazıb.

"Təklif olunan tariflərin tətbiqi ən azı 30 gün müddətinə dayandırılacaq", - Trüdo qeyd edib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində qanunsuz miqrasiya və narkotik ticarətinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Meksika ilə sərhədə 10 min hərbçinin yerləşdirilməsinə razılıq müqabilində həmin ölkənin mallarına tətbiq edilən rüsumların bir ay müddətinə dayandırıldığını bildirib.

Son xəbərlər

Orphus sistemi