Tropik qasırğa Hindistanın şərq sahillərini vurub

Tropik qasırğa Hindistanın şərq sahillərini vurub Növbəti bir neçə saat ərzində qasırğa ölkənin şərq sahillərini keçərək, güclü yağış və sürəti saatda 155 kilometrə çatan küləyə səbəb olacaq
Digər ölkələr
26 May , 2021 13:33
Tropik qasırğa Hindistanın şərq sahillərini vurub

Benqal körfəzində meydana gəlmiş “Yaas” tropik qasırğası çərşənbə günü səhər saatlarında Hindistanın şərq sahillərini vurub.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə NDTV kanalı Hindistanın Meteorologiya Departamentinə istinadən məlumat yayıb.

Növbəti bir neçə saat ərzində qasırğa ölkənin şərq sahillərini keçərək, güclü yağış və sürəti saatda 155 kilometrə çatan küləyə səbəb olacaq.

Sahil bölgələrindən, təxminən, 3,5 milyon insan təxliyə edilib.

Son xəbərlər

Orphus sistemi