Tropik "Fernand" qasırğası Meksika sahillərinə çatıb

Tropik "Fernand" qasırğası Meksika sahillərinə çatıb Atlantik okeanında formalaşan tropik Fernand qasırğası çərşənbə günü Tamaulipas ştatının Boka-de-Katan ərazisində Meksika sahillərinə çatıb.
Digər ölkələr
4 Sentyabr , 2019 23:57
Tropik Fernand qasırğası Meksika sahillərinə çatıb

Atlantik okeanında formalaşan tropik "Fernand" qasırğası çərşənbə günü Tamaulipas ştatının Boka-de-Katan ərazisində Meksika sahillərinə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli Milli Su Ehtiyatları Komissiyası məlumat yayıb.

Küləyin sürəti atmosfer norması daxilində 21 metr/saniyə təşkil edir, arabir saniyədə 26,3 metrə çatır.

Meteoroloqların proqnozlarına görə, qasırğa Tamaulipasa özü ilə yağış gətirəcək, həmçinin onunla sərhəddə yerləşən Nuevo-Leon və San-Luis-Potosi ştatlarına da toxunacaq. Sahildə dalğaların hündürlüyü 4 metrə çatacaq.

Yerli hökumət əhalini lazımi tədbirlər görməyə və mülki müdafiə qüvvələrinin xəbərdarlıqlarını izləməyə çağırıb. Hazırda fəlakətdən zərər çəkən və ya həlak olanlar barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi