Liviyada Mançesterdə terror aktı törətmiş kamikadzenin atası saxlanılıb

Liviyada Mançesterdə terror aktı törətmiş kamikadzenin atası saxlanılıb Ramazan Abedi oğlunun günahını inkar edib
Digər ölkələr
24 may 2017 18:09
Liviyada Mançesterdə terror aktı törətmiş kamikadzenin atası saxlanılıb
Global Look Press

Bakı. 24 may. REPORT.AZ/ Liviya polisi paytaxt Tripolidə İngiltərənin Mançester şəhərində terror aktı törətmiş 22 yaşlı Salman Abedinin atası Ramazan Abedini saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Əvvəllər özü də Liviyanın ekstremistlər siyahısına daxil edilən Ramazan oğlunun günahını inkar edib.

Həmçinin terrorçunun kiçik qardaşı, 20 yaşlı Haşim Abedi də saxlanılıb. O, İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinir.

Son xəbərlər

Orphus sistemi