Yuxarı
    Bağlamaq

    ​Tripolidə İŞİD terrorçuları ilə atışma zamanı dörd nəfər ölüb

    Ölənlər Sabrata Şəhər Hərbi Şurasının üzvləri olub

    Bakı. 24 fevral. REPORT.AZ/ Liviyanın paytaxtı Tripoli yaxınlığında silahlı toqquşma zamanı 4 nəfər həyatını itirib.

    "Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı "Reuters" məlumat yayıb.

    Agentliyin məlumatına görə, toqquşma İŞİD yaraqlıları ilə "Liviya şəfəqi" alyansı tərəfdə çıxış edən Sabrata Şəhər Hərbi Şurasının üzvləri arasında baş verib.

    Şəhər meri ölənlərin hamısının şura üzvləri olduğunu bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi