Tripolidə baş verən toqquşmalarda ölənlərin sayı 78 nəfərə çatıb

Tripolidə baş verən toqquşmalarda ölənlərin sayı 78 nəfərə çatıb Bakı. 8 sentyabr. REPORT.AZ/ Liviyanın paytaxtı Tripolidə bir həftədən çoxdur davam edən silahlı toqquşmalarda ölənlərin sayı 78 nəfərə çatıb.
Digər ölkələr
8 Sentyabr , 2018 20:58
Tripolidə baş verən toqquşmalarda ölənlərin sayı 78 nəfərə çatıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Liviyanın paytaxtı Tripolidə bir həftədən çoxdur davam edən silahlı toqquşmalarda ölənlərin sayı 78 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Lybia TV" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, qarşıdurmalarda 300-dən çox insan xəsarət alıb.

Telekanalın xəbərinə görə, hazırda xəstəxanalarda 210-dan çox zərərçəkən müalicə olunur. 103 nəfər ilk tibbi yardımı aldıqdan sonra tibb müəssisələrini tərk ediblər. Həmçinin bildirilir ki, daha 16 nəfər itkin düşüb.

Tripolidə toqquşmalar avqustun 26-da başlayıb. Qarşıdurmalarda bir tərəfdən 7-ci piyada briqadası, digər tərəfdən isə "Tripoli inqilabçıları" batalyonunun bölmələri iştirak edir. 

Son xəbərlər

Orphus sistemi