Trans-Sakit okean ticarət əməkdaşlığı razılaşmasını 11 ölkə imzalayıb

Trans-Sakit okean ticarət əməkdaşlığı razılaşmasını 11 ölkə imzalayıb Bakı. 9 mart. REPORT.AZ/ Trans-sakit okean ticarət əməkdaşlığı haqqında yenilənmiş razılaşmanı (Trans-Pacific Partnership, TPP) Asiya və Amerika qitələrinin 11 ölkəsinin Xarici İşlər nazirliklərinin başçıları imzalayıb.
Digər ölkələr
9 Mart , 2018 06:33
Trans-Sakit okean ticarət əməkdaşlığı razılaşmasını 11 ölkə imzalayıb

Bakı. 9 mart. REPORT.AZ/ Trans-sakit okean ticarət əməkdaşlığı haqqında yenilənmiş razılaşmanı ("Trans-Pacific Partnership, TPP") Asiya və Amerika qitələrinin 11 ölkəsinin Xarici İşlər nazirliklərinin başçıları imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Çilinin Xarici İşlər Nazirliyi bildirib.

Bu, 2017-ci ilin yanvarında prezident Donald Trampın təşəbbüsü ilə ABŞ-ın qurumdan çıxmasından sonra birinci sazişdir. Sənədə Kanada, Avstraliya, Sinqapur, Yeni Zelandiya, Bruney, Malayziya, Vyetnam, Yaponiya, Meksika, Çili və Peru imza atıblar.

"Beynəlxalq ticarətin yeni müasir qaydaları... Məhz bəzilərinin proteksionizmə meylli olduğu vaxt. Kim düşünə bilərdi ki, biz bu razılaşmanı ABŞ-da yox, Çilidə imzalayacağıq", – deyə Çilinin Xarici İşlər Nazirliyinin "Twitter"-dəki bəyanatında bildirilir.

Orphus sistemi