Donald Tramp ilə Vladimir Putinin görüşü başa çatıb - YENİLƏNİB

Donald Tramp ilə Vladimir Putinin görüşü başa çatıb - YENİLƏNİB ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş başa çatıb.
Digər ölkələr
28 İyun , 2019 10:44
Donald Tramp ilə Vladimir Putinin görüşü başa çatıb - YENİLƏNİB
Михаил Метцель/ТАСС

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş başa çatıb.

“Report” xəbər verir ki, bu barədə RİA "Novosti” məlumat yayıb.

Ağ evdən bildirilib ki, prezidentlər İran, Suriya, Venesuela və Ukraynadakı vəziyyəti müzakirə ediblər.


*** 10:24

Yaponiyanın Osaka şəhərində “Böyük-20”liyin (“G-20”) zirvə toplantısı çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilir.

“Report” xəbər verir ki, məlumatı RİA "Novosti” yayıb.

“Danışmaq üçün çox məsələ var. Bütün mövzular müəyyənləşdirilib”,- görüşün əvvəlində V.Putin bildirib.

D.Tramp da öz növbəsində ticarət və tərk-silah məsələləri də daxil olmaqla müzakirə edəcəkləri çoxsaylı mövzunun olduğunu vurğulayıb: “Bizim çox maraqlı müzakirəmiz olacaq”.

Son xəbərlər

Orphus sistemi