ABŞ və Çin liderlərinin görüşünə hazırlıq görülür

ABŞ və Çin liderlərinin görüşünə hazırlıq görülür ABŞ prezidenti Donald Tramp Çin sədri Si Cinpin Yaponiyada keçiriləcək “Böyük-20”liyin (“G-20”) sammiti çərçivəsində görüşəcək.
Digər ölkələr
20 İyun , 2019 12:18
ABŞ və Çin liderlərinin görüşünə hazırlıq görülür

ABŞ prezidenti Donald Tramp Çin sədri Si Cinpin Yaponiyada keçiriləcək “Böyük-20”liyin (“G-20”) sammiti çərçivəsində görüşəcək.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, görüşdən əvvəl ABŞ Ticarət Nazirliyinin nümayəndəsi Robert Layftizer və maliyyə naziri Stiven Mnuçinlə Çin baş nazirnin müavini Liui He arasında görüş olacaq.

ABŞ Konqresinin Yollar və Mənbələr komitəsinin iclasında məsələ ilə bağlı danışan Layftizer qarşıdan gələn iki gün ərzində Liu He ilə telefonla danışacaq: Bu danışığı maliyyə naziri Stiven Mnuçin Yaponiyanın Osaka şəhərində yüz faiz davam etdirəcək”.

“China Daily” qəzeti bu görüşü şərh edərək bildirib ki, hər iki tərəf çox ciddi şəkildə danışıqlar ovqatındadır: “Ancaq problemləri bir toplantıda həll etmək mümkün deyil”.

Çin Kommunist Partiyasının “Xalqın günlüyü” qəzeti isə məsələni belə dəyərləndirib: “Müzakirələrdən yaxşı nəticə əldə etmək üçün Çinin müqavimət göstərməsi və qorxmaması lazımdır. Gec, ya tez tərəflər arasında anlaşma əldə ediləcək”.

Qeyd edək ki, Donald Tramp iyunun 10-da bildirmişdi: “Çin Xalq Respublikasının sədri Si Cinpin “Böyük-20”lik liderlərinin sammitinə gəlməzsə, onlara təcili olaraq yeni rüsumlar tətbiq edəcəyik”.

Xatırladaq ki, sammit iyunun 29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi