Trampın vəkili impiçment işi üzrə ifadə verməyə hazırdır

Trampın vəkili impiçment işi üzrə ifadə verməyə hazırdır ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culiani Senatda ABŞ liderinin impiçmenti ilə bağlı təhqiqat çərçivəsində ifadə verməyə hazır olduğunu bildirib.
Digər ölkələr
2 Yanvar , 2020 04:03
Trampın vəkili impiçment işi üzrə ifadə verməyə hazırdır

ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culiani Senatda ABŞ liderinin impiçmenti ilə bağlı təhqiqat çərçivəsində ifadə verməyə hazır olduğunu bildirib. 

"Report" xəbər verir ki, bu barədə ABC telekanalı bildirib.

Culiani Floridada ABŞ prezidentinin malikanəsində jurnalistlərlə söhbətində deyib: "Mən ifadə verərdim". 

Vəkil həmçinin bu prosesdə ABŞ liderinin maraqlarını təqdim etməyə hazırlığını ifadə edib.

Culiani fərz edir ki, Trampın hakimiyyətdən kənarlaşdırılmasına nail olmaq istəyən siyasi rəqiblərinə də qarşı ittihamlar irəli sürmək mümkün olardı. "Mən məmnuniyyətlə bu işlə məşğul olardım", - vəkil deyib.

Son xəbərlər

Orphus sistemi