Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq aksiya keçirəcək

Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq aksiya keçirəcək ABŞ-da keçirilmiş prezident seçkilərində öz məğlubiyyətini etiraf etməkdən imtina etmiş hazırkı dövlət başçısı Donald Trampın tərəfdarları yanvarın 6-da Konqresin hər iki palatasının səsvermənin nəticələrini rəsmən təsdiq edəndə Vaşinqtonda mitinq keçirəc
Digər ölkələr
2 Yanvar , 2021 00:31
Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq aksiya keçirəcək
Donald Tramp

ABŞ-da noyabrın 3-də keçirilmiş prezident seçkilərində öz məğlubiyyətini etiraf etməkdən imtina edən hazırkı dövlət başçısı Donald Trampın tərəfdarları yanvarın 6-da Konqresin hər iki palatasının səsvermənin nəticələrini rəsmən təsdiq edəndə Vaşinqtonda mitinq keçirəcək.

“Report” xəbər verir ki, bu barədə Amerika lideri cümə günü özünün tvitterdəki səhifəsində bildirib.

"Yanvarın 6-da Vaşinqtonda, saat 11:00-da (Bakı vaxtı ilə saat 20:00-da) böyük etiraz mitinqi keçiriləcək", - dövlət başçısı sosial şəbəkədə yazıb. Ağ Ev rəhbəri əlavə edib ki, tədbirin harada olacağı barədə informasiya veriləcək.

Son xəbərlər

Orphus sistemi