Trampın tərəfdarları Konqresin binasına daxil olublar, polislə toqquşmalar olub

Trampın tərəfdarları Konqresin binasına daxil olublar, polislə toqquşmalar olub ABŞ prezidenti Donald Trampın tərəfdarları Kapitolinin binasına daxil olmağa çalışırlar.
Digər ölkələr
6 Yanvar , 2021 23:04
Trampın tərəfdarları Konqresin binasına daxil olublar, polislə toqquşmalar olub
0 : 00
0 : 00

ABŞ-ın paytaxtı Vaşinqtonda etirazçılar Kapitoli ətrafındakı hasarlar vasitəsilə binalardan birinə daxil olublar.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd edilir ki, polis Trampın tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir.

Polis əməkdaşları ilə etirazçılar arasında baş verən toqquşmalar zamanı bir neçə nəfər xəsarət alıb.

Yerli mətbuatın məlumatına görə, Konqresin binası polis əməkdaşları tərəfindən əhatəyə alınıb. Buna baxmayaraq, Trampın tərəfdarları binaya daxil olmağa cəhd göstərirlər.

ABŞ Senatı Konqres qarşısındakı etirazlara görə, iclasını yarımçıq dayandırıb.

Senator Lenkford bildirib ki, etirazçılar Kapitoli binasına soxulublar və Senatın zalını əhatəyə alıblar.

22:57

ABŞ prezidenti Donald Trampın tərəfdarları Kapitolinin binasına daxil olmağa çalışırlar.

“Report”un məlumatına görə, “NBC News” telekanalı xəbər verir.

Qeyd edilir ki, bu zaman onlarla polis arasında toqquşmalar baş verib.

"Məndən və əməkdaşlarımdan “Cannon” binasını tərk etməyi xahiş etdilər (Konqresin bina kompleksinə daxildir-red.)", - Konqres üzvü Riçi Torres bildirib.

Son xəbərlər

Orphus sistemi