Trampın sürücüsü iş haqqının verilməməsinə görə iddia qaldırıb

Trampın sürücüsü iş haqqının verilməməsinə görə iddia qaldırıb Bakı. 10 iyul. REPORT.AZ/ ABŞ prezidentinin sürücüsü Noel Sintron uzun illər ərzində iş vaxtından artıq görülən iş haqqının verilməməsinə görə Trump Organization şirkətini məhkəməyə verib.
Digər ölkələr
10 İyul , 2018 11:07
Trampın sürücüsü iş haqqının verilməməsinə görə iddia qaldırıb
Don Himsel/Reuters
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ ABŞ prezidentinin sürücüsü Noel Sintron uzun illər ərzində iş vaxtından artıq görülən iş haqqının verilməməsinə görə "Trump Organization" şirkətini məhkəməyə verib. 

Bu barədə "Report" CNBC-yə istinadən xəbər verir.

Bildirilib ki, N.Sintron 25 ildən çoxdur Donald Trampın işçisi olub. O, həftədə 50-55 saat işləyib. Bununla belə, ABŞ qanunvericiliyinə uyğun olaraq, işçi həftə ərzində 40 saatdan artıq işləyirsə, hər saata görə adı iş saat ödənişindən 1,5 dəfə çox pul almalıdır.

Sürücü həmçinin 2010-ci ildən maaşının artırılmamasından şikayət edib. Hazırda Noel Sintron məhkəmə vasitəsilə hüquqlarının bərpasına nail olmağa çalışır.

Son xəbərlər

Orphus sistemi