Trampın Senatdakı impiçmenti proseduru fevralın 5-də başa çatacaq

Trampın Senatdakı impiçmenti proseduru fevralın 5-də başa çatacaq ABŞ prezidenti Donald Trampın Senatdakı impiçmenti proseduru fevralın 5-də qurtara bilər.
Digər ölkələr
31 Yanvar , 2020 23:12
Trampın Senatdakı impiçmenti proseduru fevralın 5-də başa çatacaq

ABŞ prezidenti Donald Trampın Senatdakı impiçmenti proseduru fevralın 5-də qurtara bilər.

“Report” xəbər verir ki, bu barədə respublikaçı senatorlara və onların köməkçilərinə istinadən “Politico” qəzeti bildirib.

Qeyd edilir ki, respublikaçılara prosesə əlavə şahidlərin çağırışının qarşısını almaq üçün səslər kifayətdir.

Bundan başqa, proses üzrə qrafik dəyişə bilər. Bu, indiki seçki dövründə partiya fəallarının yığıncaqlarını keçirmələri, Trampın "Ölkənin vəziyyəti haqqında" Senat və Nümayəndələr Palatası qarşısında çıxışı ilə əlaqədardır. Dövlət başçısı çərşənbə axşamı müraciət edəcəyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi