Trampın qızı və kürəkəninin olduğu vertolyotda qəza təhlükəsi baş verib

Trampın qızı və kürəkəninin olduğu vertolyotda qəza təhlükəsi baş verib Bakı. 19 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın qızı və kürəkəninin olduğu vertolyot mühərriklərdən birinin işləməməsi səbəbindən təcili Vaşinqton aeroportuna qayıdıb.
Digər ölkələr
19 Mart , 2018 05:50
Trampın qızı və kürəkəninin olduğu vertolyotda qəza təhlükəsi baş verib

Bakı. 19 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın qızı və kürəkəninin olduğu vertolyot mühərriklərdən birinin işləməməsi səbəbindən təcili Vaşinqton aeroportuna qayıdıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə bir neçə gün əvvəl baş versə də, indi məlum olub. Telekanalın mənbəyinin məlumatına görə, Trampın müşaviri və kürəkəni Cared Kuşner və qızı İvanka Tramp vertolyotla Vaşinqtondan Nyu-Yorka uçurmuş. Lakin uçuşdan az sonra mühərriklərdən biri işləməyib.

Pilot dərhal vertolyotu Ronald Reyqan adına hava limanına qaytarmaq qərarına gəlib. "CNN"in məlumatına görə, enmə uğurla nəticələnib və xəsarət alan olmayıb. Mühərrikin işləməməsinin səbəbləri məlum deyil.

Cütlüyün rəsmi nümayəndəsi hadisəni şərh etməyib. 

Son xəbərlər

Orphus sistemi