Trampın qızı və kürəkəni maliyyə hesablarını gizli saxlamaqda ittiham olunurlar

Trampın qızı və kürəkəni maliyyə hesablarını gizli saxlamaqda ittiham olunurlar Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və kürəkəni Cared Kuşner gəlirləri barədə bəyannamədə sahib olduqları aktivlər və bank hesabları haqqında məlumatları gizli saxlamaqda ittiham olunurlar.
Digər ölkələr
18 Dekabr , 2017 14:14
Trampın qızı və kürəkəni maliyyə hesablarını gizli saxlamaqda ittiham olunurlar
KEVIN LAMARQUE/REUTERS

Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və kürəkəni Cared Kuşner gəlirləri barədə bəyannamədə sahib olduqları aktivlər və bank hesabları haqqında məlumatları gizli saxlamaqda ittiham olunurlar.

“Report” “Politico” qəzetinə istinadən xəbər verir ki, vəkil Cefferi Lovitki məsələ ilə bağlı ABŞ-ın Vaşinqtondakı Dairə Məhkəməsində uyğun ittihamın irəli sürüldüyünü deyib.

İttihama əsasən, Tramp və Kuşner gəlir vergisi barədə bəyannamədə onlara məxsus olduğu iddia edilən 30 sərmayə fondunun aktivləri haqqında göstəriciləri qeydə aldırmayıblar.

Ağ ev məsələyə hələlik münasibət bildirməyib.

Cefferi Lovitki isə cari ilin martında Prezident Donald Trampa qarşı oxşar iddia qaldırmışdı. Məhkəmə indiyədək bununla bağlı qərar çıxarmayıb.

“The Wall Street Journal” 2017-ci ilin aprelində Ağ ev əməkdaşlarının gəlirini araşdıraraq müəyyən edib ki, Kuşner və həyat yoldaşı İvanka Trampın varidatı 240 milyon 700 min arasındadır. 

Son xəbərlər

Orphus sistemi