Trampın qızı Ağ Evdə işləməyəcək

Trampın qızı Ağ Evdə işləməyəcək O, sərmayələrini toplamaq, aktivlərini yenidən strukturlaşdırmaq niyyətindədir
Digər ölkələr
10 Yanvar , 2017 05:48
Trampın qızı Ağ Evdə işləməyəcək

Bakı. 10 yanvar. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qızı İvanka Tramp dövlət başçısının administrasiyasında işləməyəcək.

"Report"un məlumatına görə, bu haqda "CNBC" telekanalı bildirib.

Telekanalın məlumatına görə, İvanka Tramp öz sərmayələrini toplamaq, aktivlərini yenidən strukturlaşdırmaq və "Trump Organisation"dakı rəhbərlik postunu tərk etmək niyyətindədir. Telekanalın xəbərində bildirilir ki, o, uşaqlarının qayğısına qalacaq.

Qeyd edək ki, İvanka Trampın əri, Cared Kuşnerin inaqurasiyadan sonra Trampın böyük məsləhətçisi olacağı məlum olub. O, milyarderin seçkiqabağı şirkətində iştirak edib. Lakin Kuşner siyasi təcrübəyə malik deyil.

Son xəbərlər

Orphus sistemi